AZ

"Sevilya"nın qeyri-ciddi təklifi - Juninyo rahat yatsın!

"Ficherio" nəşri məlumat yayıb ki, "Sevilya" Juninyo üçün "Qarabağ"a 3+1 milyon avro təklif edib. Xəbərdə qeyd edilib ki, bu, son rəqəmdir. 

Qurban Qurbanov da deyir ki, Juninyo getmək istəyir. Təklif gələndən bəri braziliyalı futbolçunun gözünə yuxu getmir.

Klubun direktoru Emrah Çelikelin sözlərindən belə başa düşmək olar ki, "Qarabağ" Juninyonu satmağa hazırdır. Amma bir şərtlə ki, "Sevilya"  onların qapısını ciddi təkliflə döysün. 

Lakin belə görünür ki, "Sevilya" tərəfi bu transferə o qədər də həssas yanaşmır. İspanlar bunu təklif elədikləri məbləğlə açıq-açığına hiss etdirirlər "Qarabağ"a. 

Kadini "Krasnodar"a 5 milyon avroya satan "Qarabağ" La Liqa klubuna bundan aşağı qiymətə futbolçu verəcəksə, Juninyo özü də bunun əziyyətini çəkəcək. Futbolun yazılmamış qaydaları var. Hər hansı futbolçuya görə yaxşı məbləğ ödənəndə, baş məşqçi də həmin transferə həssas yanaşır. Uğursuz transfer kimi klubun passivinə yazılmasın deyə, rəhbərlik də futbolçunu daim nəzarətində saxlayır. 

İspaniyanın böyük klublarından olan "Sevilya" üçün 3-4 milyonluq transfer kiçik hadisədi. "Tutar qatıq, tutmaz ayran" yanaşması sərgiləyən klub Juninyonu ciddiyə almır. 

Qış transfer pəncərəsi zamanı yaxşı futbolçu tapmağın çətinliyini, hücumçulara olan tələbatı nəzərə alanda, Juninyonun La Liqa klubuna keçidi 8-10 milyon avro olaraq dəyərləndirilməlidir. Bundan aşağı qiymətə getsə, "Qarabağ" da uduzacaq, elə Juninyonun özü də! 

Həmid

saytlarin hazirlanmasi

Seçilən
14
sportal.az

1Mənbələr