AZ

Toy gecəsi gəlin faciəvi şəkildə öldü - Dəqiqələr əvvəl bəydən şok əməl

Rusiyada dəhşətli intihar hadisəsi baş verib.

 

Ksenia Vodyanitskaya adlı qadın, Sankt-Petersburqda həyat yoldaşı Konstantin ilə yaşadığı binanın 15-ci mərtəbəsində yerləşən mənzillərinin pəncərəsindən özünü atıb.

 

Həmin gün toyu olan Ksenianın özünü binadan atmasından sonra aşaöı qaçan həyat yoldaşı onun çılpaq halda yerdə qan içərisində olduğunu görüb. Hadisə yerinə təcili yardım çağırsa da artıq Ksenia ölmüşdü.

 

Konstantinin bu müəmmalı intihar olayından dəqiqələr öncə toylarından fotolarını paylaşdığı məlum olub. Polislər onu dindirmək üçün bölməyə aparıblar. Bəy 23 yaşlı həyat yoldaşının özünü binadan atması olayına görə özünü günahkar hesab etməyib və nədən baş verdiyini anlamadığnı bildirib.

 

Qeyd edək ki, Ksenia universitetdən yeni məzun olubmuş. / Titul.az

Seçilən
19
1
bizimshow.az

2Mənbələr