Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.
SeherXeber.org xəbər verir ki, bunu Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.
O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür. Diplomat Ərdoğanın mümkün səfərinin tarixini açıqlamayıb.
Burhan Koroğlunun sözlərinə görə, Türkiyə-Suriya münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini açıqlayıb. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.