AZ

Ukrayna müharibəsi nə vaxt bitəcək? – BVF ən pis ssenarini açıqladı

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Ukrayna müharibəsi ilə bağlı neqativ ssenarini açıqlayıblar.

Turkustan.az xəbər verir ki, yayımlanan sənəddə Ukraynadakı müharibənin 2026-cı ilin ortalarına qədər davam edə biləcəyi vurğulanıb.

Onun iqtisadiyyatda uzun və intensiv şoka səbəb olacağı bildirilib. BVF ekspertləri həmçinin neqativ ssenarinin gerçəkləşəcəyi halda xarici maliyyələşmə üçün xərclərin 177,2 milyar dollar təşkil edəcəyi bildirib. Bunun həmçinin ÜDM-in azalması, daha sonra yavaş templə bərpası, eləcə də inflyasiyanın artmasına gətirib çıxaracağı vurğulanıb.

BVF bildirir ki, iqtisadiyyatdakı şok 2025-ci ilin ilk rübündən başlayacaq və şirkətlərə, təsərrüfata, eləcə də miqrantların qayıtmasına güclü təsir edəcək.

Bundan başqa, müdafiəyə tələbin olması və zəif iqtisadi artım büdcə kəsirini gələn il də artıracaq./Globalinfo.az

Seçilən
15
turkustan.az

1Mənbələr