“Qarabağ”ın hücumçusu Juninyo İspaniyanın “Sevilya” klubuna mümkün transferi ilə bağlı yaranmış vəziyyəti ilk dəfə şərh edib.
Msport.az xəbər verir ki, “Estadio Deportivo”ya danışan braziliyalı forvard məsələ haqda bu cür danışıb:
“Hazırda bu məsələ mənim əlimdə deyil. Bu vəziyyət haqqında çox danışa bilmərəm. Çünki mənim “Qarabağ”la müqaviləm var. Mən tərəflərin razılığa gəlməsini gözləyirəm”.
Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, “Qarabağ” “Sevilya”nın 2 milyon avroluq ilk təklifi ilə kifayətlənməyib və tərəflər güzəştə getməyə çalışır. Juninyo 2026-cı il iyunun 30-na qədər “Qarabağ”a məxsusdur.