Türkiyənin Van bölgəsində Sıhke gölü donub.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, Vandakı Sıhke gölünün səthi bir müddətdir davam edən kəskin soyuqlar səbəbindən tamamilə donub.
Bundan başqa, gecələr havanın temperaturunun 10 dərəcə şaxtaya endiyi şəhərdə bəzi ərazilərdə axar sular, şəlalələr və göllər buzla örtülüb.
Buzla örtülmüş gölün dronla fotoları çəkilib.