AZ

Minsk qrupu gələn il ləğv olunacaq?

Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda Minsk qrupunun fəaliyyətinin dayandırılmasına razı olduğunu, eləcə də delimitasiyadan sonra üçüncü ölkələrin ordusunun bu ərazilərdə yerləşdirməməyə razı olduqlarını söyləyib.
 
Ümumiyyətlə, Paşinyanın bu açıqlamaları nəyə hesablanıb? Doğrudan da, Minsk qrupunun ləğv olunmasına görə addımlar atacaqmı?
 
Moderator.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu modern.az-a açıqlamasında Minsk qrupu ilə bağlı məsələnin gələn il həll olunacağını bildirib:
 
"Hesab edirəm ki, Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin Minsk qrupundan birgə imtina etmək təklifi ilə razıdır. O özü də başa düşür ki, Minsk qrupunun qalması mənasız məsələdir. Qarabağ məsələsi həll olunub, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Onda Minsk qrupuna nə ehtiyac var. Bu məsələdə razılıq əldə oluna bilər. Hər hansı gərginliyin olacağını düşünmürəm. Sadəcə sual olunur ki, Paşinyan nə zaman belə açıqlama verəcək. Gələn il bu məsələ də həll olunacaq. Bizim başqa bir tələbimiz var. Avropa Müşahidə Şurasının Ermənistandan çıxarılmasına da ehtiyac var. Bu məsələdə Paşinyan mövqeyini dəyişməyərək əvvəl sərhədlərin müəyyənləşməsini gözlədiklərini deyir. Amma Minsk qrupundan imtina məsələsində hər iki tərəf razılığa çox yaxındır".
Seçilən
8
3
moderator.az

4Mənbələr