AZ

Türkiyə Ordusu İraqda terrorçulara aid silah-sursat ələ keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında axtarış tədbirləri keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Pənçə- Kilit" əməliyyatı çərçivəsində terrorçulara aid çoxlu sayda silah-sursat, o cümlədən üç AK-47 avtomatı və altı daraq, AK-47 avtomatına aid 553 müxtəlif hissə, 6 əl bombası, üç radio, bir telefon və başqa ləvazimatlar ələ keçirilib.


Müəllif: Teleqraf.com
Seçilən
6
7
teleqraf.com

10Mənbələr