AZ

Milad bayramına gedən 400 insan faciə ilə üzləşdi: ölənlər var


Konqo Demokratik Respublikasının şimal-şərqində bərənin batıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 38 nəfər ölüb, 100 nəfər itkin düşüb.

Xilasedicilər 20 nəfəri xilas edə biliblər.

Hadisə şahidlərinin sözlərinə görə, bərənin göyərtəsində 400-dən çox insan olub. Onlar əsasən Milad bayramını qeyd etmək üçün evə gedən insanlar olub.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İlkin ehtimala görə, bərənin aşmasına səbəb göyərtəsində çoxlu adam olması olub.




Seçilən
19
news24.az

1Mənbələr