Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın paytaxtı Dəməşqdə Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşüb.
APA TRT Haber-ə istinadən xəbər verir ki, Hakan Fidan və Əhməd Şara birgə bəyanatla çıxış edirlər.
Hakan Fidanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:
“61 illik Baas rejimi zamanı şəhid olanları rəhmətlə yad edirəm. Mən möhtərəm Prezidentimizin xüsusi salamlarını gətirmişəm. Türkiyə olaraq tarixin doğru tərəfində olmağımızla haqlı olaraq fəxr edirik. Mən bu gün Dəməşqdəyəm, çünki bu gün də sizi ən qaranlıq günlərinizdə olduğu kimi tək qoymayacağıq. Türk xalqı, türk dövləti və prezidentimiz cənab Ərdoğan hər zaman sizinlə olacaq”.