AZ

Diniyev 18 dəqiqə oynayıb, "Bandırmaspor" xal itirib

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi "Bandırmaspor" "Erokspor"un qonağı olub.

17-ci tur çərçivəsində keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bandırma təmsilçisi hesabı açsa da, qələbəni qoruya bilməyib. Görüşə ehtiyat oyunçular skamyasında başlayan Diniyev 72-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 33 xal toplayan "Bandırmaspor" liderdən 2 xal geri qalıb.

İdman.biz

Seçilən
25
idman.biz

1Mənbələr