Bu gün axşam saatlarından Tiflisin mərkəzi meydanı olan Azadlıq Meydanında aksiyalar yenidən bərpa edilib.
Musavat.com xəbər verir ki, bu aksiya bu saatlarda da davam edir. Bildirilib ki, artıq əraziyə polis xüsusi təyinatlıları və su şırnaqları gətirilib.
Yaxın vaxtlarda Gürcüstan prezidenti Salome Zurabişvili Rustaveli prospektində çıxış etmək niyyətindədir. Müxalifət və onun tərəfdarları onun yeni parlament seçkilərinin təyin edilməsini gözləyirlər.
Ərazidən görüntüləri təqdim edirik.
Musavat.com