AZ

Uşaqlar üçün tamaşa: “Yeni İl Sərgüzəştləri” anşlaqla keçdi

Xırdalan şəhərindəki Abşeron rayon Heydər Əliyev Mərkəzində uşaqlar üçün xüsusi bir tədbir təşkil olunub. Azərbaycan İncəsənət Məktəbinin kiçik yaş aktyor heyəti “Yeni İl Sərgüzəştləri” tamaşasını təqdim edib.

“Yeni Gundem” xəbər verir ki, tədbirdə 300-ə yaxın iştirakçı, o cümlədən həssas əhali qrupundan olan uşaqlar, şəhid ailələrinin üzvləri, qazilərin övladları və Abşeron məktəbliləri iştirak edib. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və anşlaqla keçib.

14 nəfərdən ibarət kiçik yaş aktyor heyətinin iştirakı ilə hazırlanmış tamaşa uşaqların dünyagörüşünün genişlənməsinə və cəmiyyətə inteqrasiya prosesinə töhfə verib.

 

Milli Məclisin deputatı Nigar Məmmədova tədbirlə bağlı paylaşımında bu cür təşəbbüslərin uşaqların inkişafı və vətənpərvər ruhda tərbiyəsi üçün vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə dövlət uşaq siyasətinin uğurla həyata keçirildiyini, həmçinin Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim dəstək göstərdiyini qeyd edib.

 

Deputat, eyni zamanda, tədbirin təşkilatçılarına – Mədəniyyət Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan İncəsənət Məktəbinə və məktəbin müəllimi, aktyor Rəhim Rəhimova təşəkkürünü bildirib.

Seçilən
1
2
yenigundem.az

3Mənbələr