Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Qaziantep” doğma meydanda “Antalyaspor”a, “Göztəpə” “Rizəspor”a, “Trabzonspor” da “Bodrumspor”a qalib gəlib. Səfərdə “Kayserispor”la qarşılaşan lider “Qalatasaray” isə darmadağınla qalib gələrək zirvədəki mövqeyini daha da möhkəmləndirib. Hazırda İstanbul nəhənginin əsas izləyicisi ilə xal fərqi 8-dir.
Turun qalan oyunları dekabrın 23-də keçiriləcək.
Türkiyə, Super Liqa
17-ci tur
20 dekabr
Eyüpspor – Fənərbaxça 1:1
Qollar: A.Kutucu, 26 – En Nesiri, 45+4.
21 dekabr
Sivasspor – Samsunspor 0:0
Beşiktaş – Alanyaspor 1:1
Qollar: Rafa Silva, 7 – Lima, 5.
22 dekabr
Qaziantep – Antalyaspor 2:0
Qollar: Kozlovski, 42. A.Maksim, 66.
Göztəpə – Rizəspor 3:0
Qollar: Miroşi, 25; 78. Tiyaniç, 71.
Kayserispor – Qalatasaray 1:5
Qollar: Bahoken, 14 – Osimhen, 4; 71. B.A.Yılmaz, 29; 87. Y.Akgün, 51.
Trabzonspor – Bodrumspor 1:0
Qol: Maleyro, 86.
23 dekabr
21:00. Başakşəhər – Kasımpaşa
21:00. Hatayspor – Adana Dəmirspor