Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə "Ordu" "Gəncə"ni 79:77, "Şəki" isə "Sumqayıt"ı 89:66 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" NTD-ni 81:68, "Sərhədçi" "Naxçıvan"ı 86:65, "Sabah" "Abşeron"u 94:71, "Quba" isə "Lənkəran"ı 89:60 hesabı ilə məğlub edib.