Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xarici ölkələrdən 60 min 464 ton miqdarında, 62 milyon 757 min ABŞ dolları dəyərində düyü gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, düyü alışı ötən ilin eyni dövü ilə müqayisədə miqdar ifadəsi ilə 4 min 503 ton (8%), dəyər ifadəsi ilə 4 milyon 617 min manat (7,9%) azdır. Ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 55 min 961 ton miqdarında, 58 milyon 140 min ABŞ dolları dəyərində düyü gətirilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan düyü ümumi idxalın 0,35 faizini təşkil edib.
Əvəz Həsənov