AZ

Makronla baş nazir arasında fikir ayrılığı: Hökuməti qura bilmirlər

Fransanın gələcək hökumətinin yeni tərkibi dekabrın 23-də səhər saatlarında açıqlana bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbələrə istinadən TF1 telekanalı məlumat yayıb.

Baş nazir Fransua Bayru ilkin olaraq həftənin sonuna qədər kabinetin təyinatı prosesini başa çatdırmağı planlaşdırıb, lakin o, dekabrın 22-nin bütün gününü prezident Emmanuel Makronla yekun siyahını razılaşdırmağa sərf edib.

Belə ki, o, gün ərzində iki dəfə Yelisey sarayına gəlib və üçüncü görüş axşam saatlarına planlaşdırılıb.
 
Prezident və baş nazirin ofisləri prosesi dekabrın 22-də başa çatdırmağa çalışıblar, çünki Mayotte qasırğasının qurbanları üçün ümummilli matəm bazar ertəsi elan ediləcək, buna görə də gün ərzində Nazirlər Kabinetinin tərkibinin elanını təxirə salmaq imkanı mövcuddur.
Hökumətin yekun tərkibi ilə bağlı Makron və Bayru arasında fikir ayrılıqları yaranıb. Xarici işlər naziri vəzifəsini yerinə yetirən baş nazirin partiya yoldaşı Jan-Noel Barronun bu vəzifəyə rəsmi təsdiq edilməsi problem olaraq qalır.

Telekanalın məlumatına görə, prezidentin çoxdankı müttəfiqi və keçmiş daxili işlər naziri Jerald Darmanin XİN rəhbəri olmaq üçün mübarizə aparır. 

Seçilən
1
9
demokrat.az

10Mənbələr