Orban: "Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub"
“Macarıstan əmindir ki, Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub, çünki Rusiya mövqeyini günü-gündən gücləndirir”.
Bunu “M1” televiziyasına müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.
O, Ukraynadakı vəziyyətdən danışarkən qeyd edib ki, ruslar döyüş meydanında tədricən irəliləyir: “Güclər balansı göz qabağındadır. Avropa Birliyi bu müharibədə məğlub olub”(Report).