AZ

Türkiyənin XİN başçısı və Suriyanın yeni lideri mətbuata bəyanatlarla çıxış etdilər

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 22-də Suriyanın paytaxtı Dəməşqdə ölkənin yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşüb.

 

Senzor.az Türkiyə KİV-ə istinadən bildirir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Hakan Fidan və Əhməd Şara bəyanatlarla çıxış ediblər.

 

Əhməd Şəranın açıqlamalarında diqqət çəkən məqamlar: “Nazir Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq”.

 

Hakan Fidanın açıqlamalarında isə daha çox bu məqamlar diqqət çəkib: “61 illik Baas rejimi zamanı şəhid olanları rəhmətlə yad edirəm. Mən möhtərəm Prezidentimizin xüsusi salamlarını gətirmişəm. Türkiyə olaraq tarixin doğru tərəfində olmağımızla haqlı olaraq fəxr edirik. Mən bu gün Dəməşqdəyəm, çünki bu gün də sizi ən qaranlıq günlərinizdə olduğu kimi tək qoymayacağıq. Türk xalqı, türk dövləti və Prezidentimiz cənab Ərdoğan hər zaman sizinlə olacaq.

 

Suriyanın azad və firavan olması sizin sayənizdə olacaq. Suriyada dövlət bütün funksiyaları ilə ayağa qalxmalıdır. Suriyada yeni administrasiyanın fürsətə və zamana ehtiyacı var.

 

Suriya xalqının PKK/YPG ilə mübarizəsində qətiyyətini gördüm. Suriyada PKK/YPG-yə yer yoxdur. PKK/YPG ən qısa zamanda özünü buraxmalıdır. Baas zülmətindən qurtulan Suriya DEAŞ və PKK-dan təmizlənəcək”.

 

Daha ətraflı videomaterialda:

phrase_var_article.chosen
0
3
senzor.az

10phrase_var_article.sources