AZ

Narva sərhəd-keçid məntəqəsində VƏZİYYƏT PİSLƏŞDİ

Estoniyanın Narva və Rusiyanın İvanqorodu arasında dövlət sərhədini keçmək artıq 24 saatdan çox vaxt aparıb.

Publika.az xəbər verir ki, bu barədə RBC agentliyi məlumat yayıb.

Narvadakı keçid məntəqəsi Rusiya Federasiyası ilə qonşu olan Avropa ölkələrinin sakinləri arasında ən populyardır. Belə ki, rusiya vətəndaşları ilə yanaşı, Latviya, Estoniya və Finlandiya sakinləri də növbədədirlər. Hər gün oradan 800-dən 1000-ə qədər insan keçir.

Son günlər Estoniya sərhədində növbələr xeyli artıb. Dekabrın 16-da bütün günü növbəyə dayanmış 400-dən çox insan keçid məntəqəsini bağlanana kimi keçə bilməyib. Dekabrın 20-də daha 100 nəfər sərhədi keçmək üçün ikinci gün gözləmək məcburiyyətində qalıb. Bu, Narva nəzarət-buraxılış məntəqəsinin iş saatlarının məhdud olması və ümumi axtarışın aparılması ilə bağlıdır.

phrase_var_article.chosen
3
1
publika.az

10phrase_var_article.sources