Şadlıq sarayının qarşısında dayanma-durma qaydasını pozan sürücülər hərəkətə mane olublar. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Cavid Manafov küçəsində qeydə alınıb.
Belə ki, 77-LK-410 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü zibil yeşiyinin düz qarşısında park edərək oradan istifadə edənlərə çətinlik yaradıb.
77-UE-404 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü isə həyətin girişini zəbt edərək sakinlərin giriş-çıxışını məhdudlaşdırıb.
Videogörüntünü qeydə alan oxucu həmin sürücülərin məsuliyyətə cəlb edilməsini xahiş edir.
Fərid