AZ

Sərt hərbi əməliyyatlar başlayır- Netanyahudan xəbərdarlıq

İsrailin Baş naziri Benyamin Netanyahu Yəməndəki İranın dəstəklədiyi Husilərə qarşı genişmiqyaslı hərbi əməliyyat başlatmağı planlaşdırdıqlarını açıqlayıb.

Bakıvaxt.az bu barədə "Haber Global"a istinadla xəbər verir.

Netanyahu İsrail Təhlükəsizlik Kabinetinin Safed şəhərində keçirilən iclasından sonra yayımladığı videomüraciətdə Husilərlə bağlı fikirlərini bölüşüb.

Baş nazir bəyan edib ki, "İranın bölgədəki muzdlu qüvvələrinə qarşı necə addım atırıqsa, Husilərə qarşı da eyni ciddiyyətlə hərəkət edəcəyik".

Netanyahu həmçinin qeyd edib: "ABŞ və bizim kimi digər ölkələr Husiləri təkcə beynəlxalq dəniz daşımalarına deyil, həm də dünya nizamına təhdid kimi görür".

Nuriyyə Musayeva

Seçilən
13
bakivaxti.az

1Mənbələr