AZ

Trampın Panamanı təhdid etməsi ardından neft bahalaşıb

Həftəlik enişdən sonra neft bahalaşıb, çünki treyderlər ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Panama kanalına nəzarəti yenidən bərpa etmək təhdidini dəyərləndirirlər.

Bankier.az xəbər verir ki, Brent markalı neft, keçən həftə 2.1%-lik azalmanın ardından bir barrel üçün təxminən 73 dollar səviyyəsinə qədər yüksəlib, WTI isə 70 dollardan aşağı idi. Tramp, dünya neft tədarükünün təxminən 2%-ni daşıyan bu əsas su yolunun “ağlasığmaz” haqlar tələb etdiyini iddia etdi, lakin bu iddia Panama prezidenti tərəfindən rədd edilib.

Trampın Panamaya qarşı tənqidi, onun Kanada, Meksika, Çin, habelə Avropa İttifaqına daha çox ABŞ nefti və təbii qazı almadıqları təqdirdə tariflər tətbiq etmək təhdidləri ilə müşayiət olunur. Bu addımlar, onun vəzifəyə başlamasına bir ay qalmış, qlobal siyasətdə yeni çağırışlar yaradıb. Bununla belə, Çində zəif tələbat və kifayət qədər təklifin gözlənilməsi səbəbindən, xam neft, oktyabrın ortalarından bəri ticarət etdiyi dar diapazondan çıxmağı bacarmayıb.

“Trampın beynəlxalq səhnədə təhdidləri və ritorikası bu məqamda neft bazarları üçün əsasən səs-küydən ibarətdir,” deyə Sinqapurdakı “Vanda Insights” şirkətinin təsisçisi Vandana Hari Bloomberg-ə deyib.

Hərçənd, hedc fondları həm Brent, həm də WTI üzrə perspektivlərə daha nikbin yanaşmağa başlayıb. ABŞ markası üzrə xalis uzun mövqelərin (yəni alış mövqeyində) sayı keçən həftə bir ildən artıq müddətdə ən böyük artımı nümayiş etdirib. Bu artım, Rusiya və İran neftinin tədarükünü azaldacaq sanksiyalar ehtimalı fonunda qiymətlərin yüksəlməsindən sonra baş verib.

phrase_var_article.chosen
0
1
banker.az

2phrase_var_article.sources