AZ

Obyektivlik və dəqiqlik Zelenskiyə lazım olmayıb



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qazının Azərbaycan brendi altında tranzit edilməsinə imkan verməyəcəklərini deyib.

Prezident dekabrın 19-da Brüsseldə Avropa İttifaqı (Aİ) liderləri ilə görüşündən sonra bildirib ki, Ukrayna bu ilin sonundan sonra Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməyəcək.

Onun sözlərinə görə, qadağa Rusiya qazının Azərbaycan qazı adı altında Avropaya satılması riskinin qarşısını almaq üçün “Rusiyadan gələn” istənilən qaz axınına şamil ediləcək.

“Biz Rusiya qazının tranzitini uzatmaq fikrində deyilik. Biz onların qanımız üzərində daha çox milyardlar qazanmasına icazə verməyəcəyik. Dünyada Rusiyadan ucuz nəsə ala bilən istənilən ölkə sonda, bir ay, bir il fərq etməz – ondan asılı vəziyyətə düşəcək. Bu, onların siyasətidir”, – Zelenski jurnalistlərə bildirib.

V.Zelenskinin dediklərinə münasibət bildirən AMİP liderinin köməkçisi Əli Orucov bunu heç bir əsası olmayan və Ukrayna ilə Azərbaycanın tarixi dost münasibətlərinə xələl gətirən fikirlər adlandırıb: “ Ukrayna prezidentinin açıqlamarı daha çox son dövrlər anti-Azərbaycan mövqeyində duran bəzi Qərb dairələrinin rəğbətini qazanmaq və bu ansamblda iştirak cəhdindən başqa bir şey deyil. Azərbaycanda hasil olunan və dünya bazarına ixrac edilən təbii qazın həcmi ortadadır. Bu məlumatları əldə etmək və dəqiqləşdirmək heç də çətin deyil. Prezident V.Zelenski Azərbaycana qarşı belə ittihamlar irəli sürməmişdən öncə bütün detalları nəzərə almalı və elementar statistik məlumatlara istinad etməli idi. Görünür, obyektivlik və dəqiqlik Zelenskiyə lazım olmayıb”.

Ə.Orucov daha sonra bildirib: “Təəssüf edirəm ki, Ukrayna tərəfindən Azərbaycana qarşı qərəzli yanaşma birinci dəfə deyil və bundan öncə də bəzi media orqanlarında da oxşar suçlamalara yer verilmişdi. Rəsmi Kiyev mediada yayımlanan həmin qarayaxmaları mətbuat azadlığı kimi qələmə verməyə çalışdı. Ancaq indi məlum olur ki, hətta prezident səviyyəsində yalan informasiyalar ötürülür. Baxmayaraq ki, Azərbaycan Ukraynaya Rusiyanın təcavüzü başladığ gündən etibarən daima Ukrayna xalqının yanında olub. Humanitar və maliyyə yardımları göstərib. Texniki dəstək verib. Müharibən əziyyət çəkən uşaqların reabilitasiyasını və Bakıda yerləşdirilməsini həyata keçirib. Ukraynalı qaçqınları qəbul edib. Həmçinin beynəlxalq platformalarda Ukraynın haqq işinə və mübarizsinə daim dəstək verib. Azərbaycanın Ukrayna və onun xalqına göstərdiyi xoşməram, diqqət və qayğı Moskvanın ciddi təzyiləri altında edilməkdədir. Ancaq V.Zelenskinin Avropa İttifaqına yarınmaq üçün ümumi xora qoşulması Ukrayna üçün ziyanlıdır. Müstəqil və uzaqgörən siyasət yürdə bilməməyin ucbatından böyük bir dövləti müharibəyə sövq edən, iki qardaş slavyan xalqı bir-birinə qırdıran, Qərbin diqtəsi ilə oturub-duran Zelenskinin Azərbaycan kimi bir dost dövləti özündən incik salması Ukraynanın ziyanınadır. Onun bu cür uydurma və fantaziyası Azərbaycan cəmiyyətində də haqlı etiraz doğurur və şübhə etmirəm ki, Ukrayna cəmiyyəti də bundan məmnun qalmadı”.

Anar Əliyev
Seçilən
11
newscenter.az

1Mənbələr