AZ

Rusiya ABŞ ilə danışıqlara başlayır? - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə bağlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. 

O, Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşa biləcəyi barədə danışıb:

"Arzu olunarsa, Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması mümkündür, Rusiya belə bir istəyini heç vaxt itirməyib". 

Maraqlıdır, Putinin bu açıqlamada məqsədi nədir? Yaxın zamanda Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması mümkündür? 

Mövzu ilə bağlı politoloq Turab Rzayev Hit.az-a açıqlama verib. O bildirib ki, Rusiya artıq ABŞ ilə münasibətləri normallaşdırmağa məcburdur:

364628
"Çünki Rusiyanın hər hansısa resursu qalmayıb. Artıq onların Ukraynadakı müharibəni davam etdirməyə belə resursları kifayət etmir. Hazırda Rusiyanın maliyyə vəziyyəti çox bərbaddır və müharibədə böyük uğursuzluqla üzləşir. Xüsusilə Ukraynadakı müharibədə irəliləyiş əldə edə bilmirlər, Moskva və digər şəhərləri isə atəşə tutulur". 

Ekspert qeyd edib ki, Rusiya son zamanlarda Suriya və Yaxın Şərqi itirdi:

"Belə bir məqamda Rusiyaya atəşkəs və sülh lazımdır. Ən azından nəfəsini dərmək və ordusunu yenidən qurmaq üçün zaman istəyir. Üstəlik, Donald Trampın ABŞ Prezidenti seçilməsi də Kreml üçün bir ümid yaradır. Çünki hesab edirlər ki, Tramp vəd verdiyi kimi Rusiya ilə Ukrayna arasında sülh yarada bilər. Yəni müvəqqəti də olsa sakitliyin olacağını düşünürlər".

Politoloqun fikrincə, Putinin belə açıqlamaları məqsədyönlüdür:

"Rusiya Prezidenti Vladimir Putin belə açıqlamalar verməklə ABŞ ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını deyərək Trampa "yaşıl işıq" yandırır. O, həm də Ukrayna tərəfinə mesaj verərək danışıqlara hazır olduğunu bəyan edir. 

Ancaq Trampın bunu edib-etməyəcəyi də sual altındadır. Çünki Konqres və Pentaqon Rusiya ilə yaxınlaşmağın əleyhinə olacaqlar. Əsas məsələ Rusiyanın ABŞ ilə münasibətləri normallaşdırmaq istəyi deyil, rəsmi Vaşinqtonun buna necə münasibət göstərəcəyidir".

Pərviz

Seçilən
8
hit.az

1Mənbələr