Bakı-Balakən arasında sürət qatarının fəaliyyətə başlaması planlaşdırılır.
FED.az xəbər verir ki, Bakı-Balakən dəmir yolu xətti bu ilin axırı və ya gələn ilin əvvəli açılacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib ki, bu istiqamətdə hazırlıq işləri aparılır.
Sürət qatarının bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq.
“Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq”, – Rövşən Rüstəmov bildirib.
Qeyd edək ki, hazırda Azərbaycan dəmir yolunun şimal-qərbdə son stansiyası Balakəndir. Bu stansiya ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb.
Bakı- Balakən sürət qatarının açılması paytaxtla şimal-qərb bölgəsi arasında gediş-gəlişi daha da asanlaşdıracaq (Modern.az).