İsrail İrana qarşı güclü hücuma hazırlaşır
İsrail Yəməndə İranın dəstəklədiyi husilərə qarşı şiddətli əməliyyata başlayacaq.
Reyting.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Safed şəhərində İsrail Təhlükəsizlik Kabinetinin iclasından sonra yayımladığı videoda bildirib.
Yəməndə husilərə qarşı “şiddətli əməliyyat” keçirəcəklərini söyləyən Netanyahu deyib:
“Husilərin bölgədə İranın vəkil qüvvələri olaraq hərəkətə keçdiyi kimi, biz də onlara qarşı tədbir görəcəyik”.
B. Netanyahu əlavə edib ki, ABŞ və İsrail kimi digər ölkələr də husiləri təkcə beynəlxalq gəmiçilik üçün deyil, həm də dünya nizamı üçün təhlükə görürlər.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər dekabrın 19-da İsrailin Yaffa şəhərində iki hərbi obyektin “Fələstin 2” tipli ballistik raketlərlə vurulduğunu açıqlayıb. İsrail KİV-i bildirib ki, husilərin Yaffaya raket hücumundan sonra İsrail ordusu 14 döyüş təyyarəsi ilə Yəməndə 5 hədəfə çoxsaylı zərbələr endirib.
ELÇİN