Ermənistanın tanınmış ictimai xadimlərindən olan Karen Ekimyan diqqət çəkən açıqlamalar verib. "Mamul" nəşrinin yaydığı məlumata görə, o, ölkəsinin beynəlxalq güclər tərəfindən əldən-ələ keçməsindən gileylənib.
Ekimyan deyib: “Ermənistanda rus soyğunçuluqları demək olar ki, başa çatıb. Əvəzində Avropa quldurluqları böyük sürətlə davam edir".
Ekimyan rus soyğunçuluqları dedikdə bir zamanlar hakimiyyətdə olan və Kremlə birbaşa tabe olan Qarabağ klanını nəzərdə tutub. Avropa talançıları dedikdə isə hazırkı inqilabla hakimiyyətə yiylənmiş Paşinyan hökuməti nəzərdə tutulub. O hətta bəzi detalalrı açıqlayaraq Litva və Almaniya səfirliklərinin də adını xüsusi vurğulayıb.
Tural