AZ

Düzgün və məqsədyönlü siyasət ölkəmizin bütün sferalar üzrə inkişafını təmin edib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi, qətiyyəti, mahir diplomatiyası və rəhbərlik etdiyi yenilməz Azərbaycan Ordusunun rəşadəti ilə 30 illik erməni təcavüzünə son qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilmişdir. Möhtərəm Prezident ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində daim Ermənistana sülh təklifi ilə Azərbaycanın konstruktiv mövqeyini çatdırmışdır. Əfsuslar olsun ki, Ermənistan siyasi rəhbərliyi bu humanist çağırışlardan bir dərs çıxarmadı, nəticədə 44 günlük Vətən müharibəsində məğlub olaraq kapituliyasiya aktına imza atdı. Bildiyimiz kimi Ermənistan siyasi rəhbərliyi bu günə qədər Üçtərəfli Bəyanatın şərtlərinə tam şəkildə riyaət etməyib. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev beynəlxalq platformalarda, yerli və xarici televiziya kanallarına olan müsahibələrində dəfələrlə vurğulayıb ki, Ermənistan siyasi rəhbərliyi riyakar havadarlarına sığınaraq, revanşist meyillərdən əl çəkməzsə bu onların daha ağır məğlubiyyəti ilə sonlanacaq növbəti dərsi olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində çox önəmli məsələlərdən bəhs edib, bu geniş müsahibədə reallıqları bir daha səsləndirib. Azərbaycan Prezidenti müsahibədə ilk olaraq Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini xarakterizə edib. 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra əlaqələr daha da genişlənib.  Dövlət başçısının dediyi kimi, bu Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də, Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır.  Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən müstəqil aktor kimi qəbul edilir. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz peşəkar diplomatiyanın nəticəsidir ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Cənab Prezidentin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur. Təsadüfi deyil ki, Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar müstəqil dövlət olaraq Azərbaycana olan yüksək etimadın ifadəsidir.

Müsahibədə cənab Prezident  ölkənin 2025-ci il üçün hərbi büdcəsinin rekord həddə – 5 milyard dollar olacağını bildirib. Cənab Prezident bunu silahlanma yarışı ilə izah edib: “Ermənistan bizimlə silahlanma yarışına tab gətirməyəcək, silahların böyük hissəsini Qərbdən pulsuz və ya kreditlə alır baxmayaraq, hansı ki, sonradan silinəcək”. Rusiya ilə NATO arasında münasibətlərin aşkar qarşıdurmaya getməyəcəyinə ümid etdiyini bildirib. Deyib ki, “NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”. Bəli,cənab Prezidentin verdiyi tarixi mesajdan həm Ermənistan siyasi rəhbərliyi, həm də onların riyakar havadarları sözün həqiqi mənasında dərs çıxarmalıdır. Əks təqdirdə, Ermənistan 2020-ci və 2023-cü illər ərzində həyata keçirilmiş uğurlu anti-terror tədbirlərimizlə növbəti dəfə üz-üzə qalacaq. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi çərçivəsində böyük irəliləyiş əldə ediblər. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb. “Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”, – Azərbaycan prezidenti vurğulayıb. Əlavə edib ki, hələlik razılaşdırılmamış maddələrdən biri bir-birinə qarşı beynəlxalq iddialardan çəkinməyə aiddir: “Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır”, – Azərbaycan lideri bildirib.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə  müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Azərbaycanın mövqeyi humanizm prinsiplərinə əsaslanır, konsturktiv və ədalətli xarakter daşıyır. Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan cənab İlham Əliyevin ali rəhbərliyi ilə regionda ədalətli tarixi reallıq yaratmışdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Seçilən
5
ikisahil.az

1Mənbələr