AZ

Metanol ixracı bu il Azərbaycana 95 milyon dollarlıq valyuta gətirib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 94 milyon 896 min dollar dəyərində 401 min 495 ton metanol (metil spirti) ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13 milyon 487 min dollar və ya 16,6% artıb, miqdar ifadəsilə 9 min 35 ton və ya 2% azalıb.

2023-cü ilin 11 ayında isə Azərbaycandan 81 milyon 410 min dollar dəyərində 450 min 059 ton metanol ixrac olunmuşdu.

Bu dövrdə Azərbaycanın ixrac etdiyi metanolun 1 kiloqramının orta ixrac qiyməti 0,37 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 0,31 manat idi (İl ərzində 6 qəpik və ya 19% bahalaşma).

Bu il ümumi ixracının 0,26%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,68%-i metanolun payına düşüb.

Seçilən
21
fed.az

1Mənbələr