AZ

KOBİA: "ESG prinsipləri müxtəlif aspektlərdə biznes üçün çox əhəmiyyətlidir"

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsipləri müxtəlif aspektlər baxımından biznes üçün çox əhəmiyyətlidir.

"Cebheinfo.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildirib.

Onun sözlərinə görə, ESG yanaşması son dövrlərdə kifayət qədər geniş bir hərəkata çevrilib: "ESG prinsiplərinə riayət edilməsi müəssisələrin rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına, eləcə də xarici investisiyaların cəlb edilməsinə imkan verir. ESG yanaşmasının əsas elementlərindən biri sosial məsələlərdir ki, bu da əmək münasibətlərini və insan resurslarını da əhatə edir. Bu baxımdan, ESG-nin tətbiqi işçilərin iş yerində saxlanılmasına, məhsuldarlığın yüksəldilməsinə və istedadların işə cəlb edilməsinə imkan verir. Araşdırmalar göstərir ki, dayanıqlıq və sosial məsuliyyət məsələlərinə diqqət yetirən şirkət işçilər üçün arzuolunan iş yeri hesab olunur".

Sədr bildirib ki, KOBİA ESG prinsiplərinin təşviqində yaxından iştirak edir: "Təqribən 2 il bundan əvvəl Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın tərkibində agentliyin rəhbərlik etdiyi ESG standartları üzrə altqrup yaradılıb. Alt qrupda dövlət, özəl və ictimai təşkilatların 25-dən artıq nümayəndəsi təmsil olunur. Həmin dövrə qədər, xüsusilə özəl sektor və ictimai təşkilatlar səviyyəsində ESG ilə bağlı təşəbbüslər irəli sürülürdü. Lakin onlar fərdi xarakter daşıyır və kütləviliyin artırılmasına gətirib çıxara bilmirdi. ESG üzrə alt qrupun yaradılması isə bu boşluğu aradan qaldırmaqla daha sistemli və əhatəli yanaşmanın tətbiqinə, ən əsası dövlət və özəl sektorun səylərinin birləşdirilməsinə imkan verib".

"Mövcud çağırışlar nəzərə alınaraq, ötən 2 il müddətində ESG altqrupu çərçivəsində bir sıra işlər görülüb. Ölkəmizdə ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviq edilməsi ilə bağlı ortamüddətli dövr üçün strateji baxış müəyyən edilib. Sözügedən sənəddən irəli gələrək 2023-2024-cü illər üçün Yol Xəritələri hazırlanıb. 2023-cü ildə qrup çərçivəsində fəaliyyətimiz - daha çox mövcud vəziyyətin araşdırılması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi, boşluqların müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində təkliflərin formalaşdırılması ilə bağlı olub", - deyə O.Məmmədov əlavə edib.

"Cebheinfo.az"

phrase_var_article.chosen
13
3
cebheinfo.az

4phrase_var_article.sources