AZ

NASA-nın günəş zondu tarix yazmağa hazırlaşır

NASA-nın günəş zondu tarix yazmağa hazırlaşır

"Parker" günəş zondları insan tərəfindən yaradılan bir cismin günəşə gəldiyi ən yaxın yerə gedəcək və tarixdə ən yüksək sürətə çatacaq. Uçuş zamanı zond günəşin səthindən cəmi 6,1 milyon kilometr uzaqlıqdan keçəcək və saniyədə təxminən 192 kilometr sürətlə hərəkət edəcək.NASA zondun bütün sistemlərinin işlək vəziyyətdə olduğunu və bu cəsarətli dalış üçün hazır olduğunu elan edib.Bu ən yaxın keçidin 2025-ci ilə qədər davam edəcək "Parker"in son uçuşlar seriyasında ilk olacaq.Bu prosesdə "Parker" hər dəfə oxşar sürət və məsafəyə çatacaq, daha sonra missiyasını tamamlayacaq."Bu, NASA-nın cəsarətli missiyalarının bir nümunəsidir. Biz kainatımızla bağlı uzun müddətdir davam edən suallara cavab axtararaq daha əvvəl heç kimin etmədiyi bir şey edirik" deyə NASA-nın "Parker" günəş zondları proqramı üzrə alimi Arik Pozner bildirib.2018-ci ildə buraxılan "Parker" günəş zondları həm günəşə yaxınlıq, həm də sürət baxımından rekordlar qıraraq tarixə düşüb.Zond günəş atmosferini təşkil edən isti plazma buludunda ölçmələr apararaq ulduzumuzun necə işlədiyi barədə məlumat toplayır.Alimlər günəşin atmosferinin niyə səthindən daha isti olduğunu, maqnit sahəsinin necə əmələ gəldiyini və kimyəvi tərkibindəki sirləri anlamağa çalışırlar. "Parker"in ölçmələri bu suallara işıq salmaq məqsədi daşıyır.Parker dekabrın 27-də sağ-salamat keçdiyini bildirmək üçün siqnal göndərəcək. 2025-ci il ərzində daha dörd yaxın keçid etməsi planlaşdırılan zond yanacağı bitdikdə Günəşə təslim olacaq."Parker" günəş zondları insan tərəfindən yaradılan obyektin əvvəllər heç vaxt getmədiyi yerə gedərək elm dünyasına unikal məlumatlar təqdim etməyə davam edir.Mənbə: Sciencealert

phrase_var_article.chosen
15
afn.az

1phrase_var_article.sources