AZ

Co Bayden tələsik bu qanunu imzaladı

ABŞ prezidenti Co Bayden gələn il martına kimi ölkədə fasiləsiz maliyyələşməni təmin edən qanunu imzalayıb. Bununla da ölkə yanvarın 21-i gecə yarısı başlanmalı olan şatdaunun (hökumətin fəaliyyətini dayandırması) qarşısını alıb. Növbəti mərhələdə, yanvarın 20-də andiçmə mərasimi olacaq yeni prezident Donald Trampın administrasiyası dövründə martın ortasından ilin axırına kimi maliyyələşməni təmin edəcək yeni qanunun qəbuluna ehtiyac duyulacaq.

Vətəninfo.az  xəbər verir ki, bu həftənin əvvəlində 3 aylıq maliyyələşməni təmin edəcək qanunun qəbulu Donald Trampın müdaxiləsi ilə dayandırılmışdı. Ötən gecə şatdaunun başlanmasına bir neçə saat qalmış qanun yenidən Nümayəndələr Palatasında müzakirəyə çıxarılaraq qəbul olunub və daha sonra Senatda təsdiq edilib.

phrase_var_article.chosen
0
10
veteninfo.az

10phrase_var_article.sources