AZ

Orbital partlayışlar elm adamlarına qütb parıltısının sirrini açmağa kömək edib

Alyaska Ferbanks Universitetinin amerikalı alimləri səmada sürətlə hərəkət edən qütb parıltısının yaradılması mexanizmini kəşf ediblər. Bu, 2021-ci ildə aparılan KiNET-X eksperimentinin nəticələrinin təhlili sayəsində mümkün olub.

Ekologiya.az xəbər verir ki, tədqiqat “Physics of Plasmas” elmi jurnalında dərc olunub.

KiNET-X missiyası zamanı raket ionosferə barium termiti olan iki konteyner göndərib, bundan sonra konteynerlər Yerdən müvafiq olaraq 400 kilometr və 300 kilometr yüksəklikdə partlayıb.

Partlayış nəticəsində əmələ gələn plazma buludlarının Yerin maqnitosferinin plazma mühitində mövcud olan Alven dalğasının yaranmasına səbəb olmalı idi. Alven dalğaları plazmadakı pozuntular maqnit sahəsinə təsir etdikdə meydana gəlir.

Plazma dalğalanmaları müxtəlif yollarla yarana bilər. Məsələn, Günəş alovlarından qəfil hissəciklərin atılması və ya müxtəlif sıxlığa malik iki plazmanın qarşılıqlı təsiri nəticəsində.

KiNET-X atmosferin yuxarı hissəsinə barium vasitəsilə ətrafdakı plazmanı qarışdırıb. Daha sonra Günəş işığı bariumu ionlaşmış plazmaya çevirərək, istənilən vibrasiyanı yaradıb. Yaranan dalğa ani olaraq planetin maqnit sahəsi xətlərinə paralel elektrik sahəsi xətləri əmələ gətirib. Gözlənildiyi kimi, bu elektrik sahəsi maqnit sahəsindəki elektronları əhəmiyyətli dərəcədə sürətləndirib.

Tədqiqatçıların fikrincə, termit qabların partlamalarından əldə edilən enerji qütb parıltısını işə salmaq üçün kifayət etməyib, lakin əldə edilən məlumatlar bu fenomenin mahiyyətini daha yaxşı anlamağa kömək edib.

Seçilən
3
50
ekologiya.az

10Mənbələr