AZ

Sənədsiz evlərlə bağlı reyestrin yaradılması niyə gecikir? - AÇIQLAMA

Bir müddət öncə tikilməkdə olan, çıxarışı olmayan binalardan müqavilə ilə alınan mənzillərin elektron reyestrinin yaradılacağı bildirilirdi. Amma xeyli zaman keçsə də, sistem yaradılmayıb.

Məsələ hətta Milli Məclisin iclasında müzakirə olunub. Deputat Bəxtiyar Əliyev deyib ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsın ki, gələcəkdə vətəndaşları narahat edəcək problemlər yaşanmasın. 

Ucnoqta.az xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini Elşad Məmmədov bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” portalının əsasnaməsi artıq hazırdır.

“Əsasnamə təsdiqlənmək üçün aidiyyəti orqanlara göndərilib. Razılaşmalarla bərabər, texniki işlərə də artıq başlanılıb. Vətəndaşlara verilən sənədlər rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilir. Bir milyon 600 mindən artıq sənədin rəqəmsallaşması başa çatıb. Önümüzdəki ildə vətəndaşlar bunun nəticələrini görməyə başlayacaqlar. Vətəndaşlar sadəcə FİN kodları ilə sistemə daxil olaraq bütün sənədlərini görə biləcəklər. Artıq dövlət arxivindən arayış almaq kimi öhdəliklər aradan qalxacaq”, - o, "Kaspi" qəzetinə açıqlamasında deyib.

E.Məmmədov qeyd edib ki, texniki sənədlər və torpaq sahələrinin plan-ölçü sənədləri 2024-cü ildə rəqəmsallaşdırılıb: “Artıq vətəndaşlar bunu hansısa orqana yaxınlaşaraq götürməli olmayacaqlar. Şəxsi kabinetdən hər birini asanlıqla əldə edə biləcəklər. Bu, həmçinin sənədlərin saxtalaşdırılması riskini də aradan qaldırmış olur. Bütün torpaq sahələrinə dair məlumatları canlı xəritə üzərindən də izləmək mümkündür. Artıq vətəndaş aldığı torpaq sahəsinin sənədinin həqiqətən həmin əraziyə aid olub-olmadığını biləcək”. 

Sədr müavini vətəndaşlara aldanmamaq üçün tövsiyələrini də veribvə əvvəldən aldanmış şəxsləri əmlaklarını qanuniləşdirməyə çağırıb: “Bir də təyinatı nədirsə, ona uyğun torpaq almaq lazımdır. Hazırda ən böyük problemlər bu sahədədir. Alınan torpağın təyinatından kənar istifadəsi cinayət məsuliyyətinə gətirib çıxara bilir. Bilmədən almaq da vətəndaşı məsuliyyətdən azad etmir. Vətəndaşlar hər hansı bir torpaq alarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə yaxınlaşaraq mütəxəssislərdən təmənnasız yardım ala bilərlər ki, sonradan aldadılmasınlar. Qeyri-yaşayış obyektlərinin istismarının sadələşdirilməsi ilə bağlı fərman da icra olunur. 12 mindən artıq vətəndaş müraciət edib”. 

phrase_var_article.chosen
0
2
ucnoqta.az

3phrase_var_article.sources