AZ

Netanyahu açıqladı - "Yəməndəki husilərə qarşı tədbir görəcəyik''

İsrailin baş naziri Benyamin Netanyahu Yəməndə İranın dəstəklədiyi husilərə qarşı şiddətli əməliyyata başlayacaqlarını deyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Netanyahu husilərə qarşı İranın bölgədəki vəkil qüvvələrinə qarşı hərəkətə keçəcəklərini qeyd edib.

\"Birləşmiş Ştatlar və bizim kimi digər ölkələr də husiləri təkcə beynəlxalq daşımalara deyil, həm də dünya nizamına təhlükə kimi görürlər”, - deyə Netanyahu bildirib. 
 
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər dekabrın 19-da İsrailin Yaffa şəhərində iki hərbi obyektin \"Fələstin 2” tipli ballistik raketlərlə vurulduğunu açıqlayıb.

İsrail ordusundan verilən açıqlamada Husilərin həyata keçirdiyi hücumda Tel-Əviv yaxınlığındakı Ramat Qan şəhərində bir məktəbə ziyan dəydiyi bildirilib.
 
Mikayıl
Seçilən
12
7
azxeber.com

9Mənbələr