AZ

Ağdərədə fərdi yaşayış evlərinin təmirinə 2,4 milyon manat ayrılıb

Ağdərə rayonunda bir sıra fərdi yaşayış evlərinin təmirinə başlanılacaq.

Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Belə ki, təmir işləri rayonun Həsənriz kəndində yerləşən 90 fərdi yaşayış evini əhatə edəcək.

Məlumata görə, artıq “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi bu işlərə hazırlıq prosesini tamamlayıb.

Təmir işlərinin icrası “AEF Group” MMC-yə həvalə edilib və tərəflər arasında dəyəri 2.393.850,13 AZN (2 milyon 393 min 850 manat 13 qəpik) olan müqavilə imzalanıb.

Qeyd edək ki, 2021-ci ildə dövlət qeydiyyatına alınmış “AEF Group” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Aslanov Süleyman İkram oğludur.

Seçilən
1
7
fins.az

10Mənbələr