“Yeni Hemodializ şöbələri yaradılır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib və şöbədə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir:
V.Qurbanov əlavə edib ki, gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq:
"Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür və 4 mindən artıq xəstəyə xidmət göstərilir”.
Mina Mikayılova