Suriyanın yeni hökuməti İranın hər hansı uçuşunun ölkə səmasını keçməsini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, bu qərar ilkin olaraq yalnız hərbi uçuşlar, o cümlədən silahların və qoşunların təhvil verilməsini nəzərdə tuturdu, lakin indi İranın istənilən uçuşuna şamil edilir.
Bu qərar İran hökumətinin Yaxın Şərqdə SEPAH-a bağlı silah, sursat və qüvvələrin sərbəst hərəkətini çətinləşdirəcək.
Ağarza Elçinoğlu