AZ

“Bu işdə Zaurların, Xoşqədəmlərin, Elgizlərin rolu danılmazdır”

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Sevinc Heydərova ilə bağlı iddia səsləndirib.

Viral.az xəbər verir ki, jurnalist onun uzun müddətdir çalışdığı Respublika Diaqnostika Mərkəzindəki fəaliyyətinə son qoyulduğunu yazıb.

 “Əldə etdiyim yeni məlumatları sizinlə bölüşmək istəyirəm: Plastik-cərrah kimi tanınan, amma əslində ixtisasca nevroloq olan və cəmi 9 günlük kurs keçərək plastik cərrah sertifikatı alan Sevinc Heydərova artıq Respublika Diaqnostika Mərkəzindən uzaqlaşdırılıb. Maraqlıdır ki, vaxtilə həmin mərkəzin rəsmi saytında ona 14 illik cərrah təcrübəsi aid edilmişdi. Ancaq bu “şedevr məlumat” artıq saytdan silinib. Bəlkə də, 14 ilin 9 günlə necə uzlaşdığını izah edə bilmədiklərindən belə bir addım atıblar…”.

Son Yazılar:

Q.Ataşova plastik-cərrahın piar olunmasında telekanalları günahlandırıb:

“Hadisələrin bu yerə gəlib çatmasında telekanlların “soft” düşüncə formalaşdıran proqramlarının – Zaurların hər ikisinin, Xoşqədəmlərin, Jalələrin, saxta həkimi efirə dəvət edib real üzünü göstərən İlqarların və Elgizlərin rolu danılmazdır. Çünki “1 nömrəli neyrocərrah”, “böyrəyin atası”, “ürəyin maması”, “ciyərin xalasıoğlu” titullarını sadə xalqımıza sırıyanda həm də Sevinc xanım kimi ixtisaslı nevroloqun taleyini dəyişdilər”.

Jurnalist qeyd edib ki, bəzi klinikalar sertifikatlı plastik-cərrahlarla işbirliyini dayandırıblar:

“Bu arada, butik klinikaların bəzi “yenilikləri” də diqqət çəkir. Bundan sonra ümumi cərrah ixtisası ilə plastik əməliyyatlar (üzgərmə, liposaksiya, renoplastika və s.) həyata keçirən həkimlərlə əməkdaşlıqlarını dayandırmağa başlayıblar. Amma onların sarğı dəyişmək üçün klinikaya gəlib-getmələrinə hələ ki, icazə verilir. Çünki kim sarğısız qalsın, elə deyilmi? Yeni xəstə qəbuluna isə qapılar bağlıdır. Ən maraqlısı isə odur ki, bəzi klinikalar plastik-cərrah sertifikatı olanlara (fərqi yoxdur, necə alınıb – qanuni, qeyri-qanuni, kurs sertifikatı ya da “tanışlıqla”) əməkdaşlıq təklif edir. Və bu əməkdaşlıq təklifi olduqca “cəlbedicidir”: Bizimlə işləyin, amma sizin adınızdan əməliyyatları bacaran-bacarmayan, hətta plastik-cərrah olmayanlar etsin. Əlbəttə, risklərin böyüklüyünü nəzərə alaraq, hələ ki, bu cür təklifə “bəli” deyən birinə rast gəlməmişik. Mövzunun ən qarışıq hissəsi isə Səhiyyə Nazirliyinin 8 avqust tarixli sərəncamıdır. Bu sənədə görə, həmin tarixdən ölkədə ixtisasdəyişmə dayandırılıb. Amma burada nazirliyin “zəngin təxəyyülü” işə düşür: məlum olur ki, oktyabrdan bu qadağaya baxmayaraq, plastik cərrah sertifikatı üç şəxsə təqdim edilib: Vüsal Abdullayev, Rəvan Əliyev və Boris.

Vüsal Abdullayevin sertifikatı ilə bağlı nazirliyə sorğu göndərilib və alınan cavab sadəcə bir şah əsəridir: Vüsal Abdullayev 2023-cü ilin oktyabrda sertifikasiya imtahanı üçün buraxılış alıb, amma maraqlıdır ki, imtahanda iştirak üçün 2024-cü ildə müraciət edib. Əmr qüvvəyə minənənədək belə hallar “istisna” təşkil edirmiş. Bəli, tam bir absurd”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib. Buna səbəb müğənninin həkim tərəfindən uğursuz əməliyyat edilməsi olub. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.

Bir neçə müddət əvvəl isə Fərqanə adlı qadın “Səni axtarıram” verilişinə gəlib və S.Heydərovanın əməliyyatının uğursuz olduğunu deyib. O bildirib ki, əməliyyatından 10 ay keçib və üzündə izlər qalıb (axşam.az).

Seçilən
0
8
viral.az

10Mənbələr