“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp iş adamı İlon Maskın onun yerinə dövlət başçısı vəzifəsini icra edəcəyindən qorxmadığını deyib”.
Ulusal.az xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın gələcək dövlət başçısı bu barədə Arizona ştatının Phoenix şəhərində keçirilən konfransda danışıb.
“O, prezident olmayacaq, mən özümü təhlükəsiz hiss edə bilərəm. Bilirsinizmi niyə o ABŞ prezidenti ola bilmir? Çünki bu ölkədə doğulmayıb”,-deyə Tramp bildirib.
İlon Mask 1971-ci ildə Pretoriyada (Cənubi Afrika) anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, sonra isə ABŞ-a köçüb. ABŞ Konstitusiyası ABŞ-dan kənarda doğulmuş vətəndaşların prezidentliyə namizəd olmasına icazə vermir.
Bundan öncə “The Washington Post” qəzeti Maskı federal hökumətin maliyyələşdirilməsi üçün qanun layihəsinin qəbulu prosesinə müdaxilə etdikdən sonra onu ABŞ-ın “kölgə prezidenti” adlandırılıb. NBC televiziyası da öz növbəsində Trampın ətrafındakıların artıq Maskın təsirindən və siyasətçinin yanında daimi mövcudluğundan bezməyə başladığına diqqət çəkib. NBC-dəki mənbənin sözlərinə görə, Mask özünü ABŞ-ın həmprezidenti kimi aparır.Musavat.com