AZ

Agentlik: Əmək münasibətlərində bürokratik əngəllər aradan qaldırılıb

Müxtəlif dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası nəticəsində işə qəbul, məşğulluq imkanlarının təmin edilməsi və əmək münasibətlərində bürokratik əngəllər aradan qaldırılıb.

APA-Economics” xəbər verir ki, bunu “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfransda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Nərmin Mirzəyeva deyib.

Sədr müavini qeyd edib ki, artıq məhkumluqla bağlı arayışlar işəgötürən tərəfindən inteqrasiya olunmuş elektron sistem vasitəsilə əldə edilir.

“Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində xəstəlik vərəqələrinin elektronlaşdırılması da planlaşdırılır. Bu yeniliklər yalnız iş proseslərini sürətləndirmir, həm də kağız sərfiyyatını azaltmaqla ekoloji mühitin qorunmasına mühüm töhfə verir” - Nərmin Mirzəyeva əlavə edib.

Seçilən
6
1
apa.az

2Mənbələr