AZ

Hazırki dövrdə dünya həm də humanitar fəlakətlərlə üz-üzədir– ÖZƏL

"Azərbaycanda artıq neçənci dəfədir ki, önəmli beynəlxalq forumlar keçirilir. Bunlardan biri də dini maarifləndirmə ilə bağlı vacib bir müzakirə platformasının Bakıda keçirilməsidir. Cənab Prezident İlham Əliyev ənənəvi olaraq ölkəmizdə keçirilən önəmli forumlarda, diskussiya və müzakirələrdə forum iştirakçılarına evsahibliyi edən ölkə kimi müraciət edir. Burada Azərbaycanın baxışları forumda iştirak edən bütün tərəflərə aydın izah olunur". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu baxımdan da dini maarifləndirmənin aktual məsələləri mövzusunda Azərbaycan din xadimləri forumunun iştirakçılarına ünvanlanan müraciət ölkəmizin və ölkə başçımızın mövqelərini növbəti dəfə ifadə etmiş olur. Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən din adamlarının, ilahiyyatçıların, alim və mütəxəssislərin bir araya gəlməsi çox vacibdir. Hazırki dövrdə dünya həm də humanitar fəlakətlərlə üz-üzədir. Dünyanın bir sıra coğrafiyalarında savaşların yaratdığı ağır nəticələr var. 30 il ərzində Azərbaycan torpaqları işğal altında olarkən bizim dini abidələrimiz də erməni vandallığının ağır hücumuna məruz qalıb. Bütün bunları nəzərə aldıqda belə vacib bir forumun Azərbaycanda keçirilməsi, burada dünyanı narahat edən məsələlərdən çıxış yollarının axtarılması və ölkə başçısı cənab Prezidentin forum iştirakçılarına müraciəti də Azərbaycanın önəmli, qlobal məsələlərin müzakirə platforması olduğunu, ölkəmizin dünyanı narahat edən bir çox problemlərin həllində aparıcı qüvvə qismində çıxış etdiyini növbəti dəfə nümayiş etdirir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr