AZ

İran XİN: Azərbaycanı təbrik edirik

Azərbaycanın D8-də üzvlük məsələsi uzun müddət idi ki müzakirə olunurdu.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, rəsmi Bakının qurumda üzvlük ərizəsini İslam Respublikası iki ölkə arasındakı əlaqələr çərçivəsində dəstəkləyib:

"Azərbaycanı təbrik edirik. Artıq 3 üzv ölkə İranla qonşudur və bu üzvlüyü yaxşı əlamət hesab edirik".

Xatırladaq ki, İlham Əliyev həm İran, həm də Türkiyə prezidentinə ayrı-ayrılıqda D8-ə üzvlüyün dəstəklənməsi ilə bağlı təşəkkür məktubu ünvablayıb.

 


Telegram kanalımız
Seçilən
21
3
yenisabah.az

4Mənbələr