AZ

ATİB sədri: Bu il 15 şirkətin üzvlüyünə xitam verilib

Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) bu il 34 yeni üzv qəbul edilib.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

O həmçinin bildirib ki, bu il 15 şirkətin üzvlüyünə xitam verilib. Bu şirkətlər əsasən fəal iştirak etməyən və üzvlük haqqını ödəməyən şirkətlərdir.

“Hazırda ATİB-in üzvlərinin sayı 86-dır. Hədəf 100 şirkətin cəlb edilməsi idi, amma qeyd edilən səbəbdən buna nail olmaq mümkün olmayıb. ATİB-in növbəti hədəfi 120 üzv olmalıdır. Bu şəkildə iki ölkə arasında müəyyən edilən ticarət hədəfinin 15 mlrd. dollara çatdırılmasıdır istiqamətində fəaliyyətimizin daha da gücləndirəcək bilərik” - Mürsəl Rüstəmov əlavə edib.

Seçilən
3
apa.az

1Mənbələr