Uşaqlar bu reklamlarda çəkilməyəcək
Rusiyada uşaqları zərərli qidaların reklamında göstərilməsinə qadağa tətbiq oluna bilər.
Bu mövzu ilə bağlı deputat Boris Qladkix baş nazirin müavini Tatyana Qolikovaya müraciət edib.
Deputatın fikrincə, uşaqların iştirakı ilə zərərli kateqoriyadan olan məhsulların televiziyada və sosial şəbəkələrdə kütləvi şəkildə reklamı onun faydaları haqqında yanlış fikirlər yaradır və düzgün qidalanma prinsiplərinə ziddir.
Qladkix onu da bildirib ki, zərərli qidalardan xəstəlik tapan uşaqların sayı çoxalıb.