"Qalatasaray"ın transfer etməyə çalışdığı "Roma"nın futbolçusu Paulo Dibala üçün "Fənərbaxça"nın da hərəkətə keçdiyi məlum olub. Metbuat.az xəbər verir ki, “Qalatasaray” futbolçunun meneceri Calos Novellə İstanbulda görüşüb. "La Gazzetta dello Sport"da yer alan xəbərə görə, buna baxmayaraq, "Fənərbaxça" da Joze Mourinyo amilindən istifadə edərək, futbolçunu almaq istəyir. Paulo Dibala Mourinyo “Roma”da işləyərkən onun rəhbərliyi altında oynayıb. Məsələ barədə açıqlama verən "Roma" klubunun baş məşqçisi Klaudio Ranyeri bildirib ki, Paulo Dibala getmək istəsə mane olmayacaq. Qeyd edək ki, Paulo Dibalanın “Roma” ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Bundan əvvəl, "Qalatasaray"ın "Roma"nın argentinalı ulduzu Paulo Dibala ilə anlaşdığı barədə xəbərlər dərc edilmişdi. Xəbərə görə, "Qalatasaray" Dibalaya illik 10 milyon avro civarında maaş təklif edib.