Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır.
7Times.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritəçəkmə üzrə Baş direktoru, general-mayor Osman Alp paylaşıb.
Bildirilib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin xəritəçəkmə qurumlarının rəhbərləri, hərbi attaşelərinin iştirakı ilə TDT-nin xəritəçəkmə qurumları rəhbərlərinin birinci toplantısı keçirilib.
Məlumata görə, üzv ölkələrlə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə), müşahidəçi dövlətlərin (Macarıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan) nümayəndələri türk dünyasının ortaq xəritəsini hazırlamaq məqsədi ilə bir araya gəliblər.