AZ

Trampın yeni savaş planı: "Panama kanalını və Qrenlandiyanı mənimsəmək" 

"Panama kanalı ABŞ-ın mülkiyyətinə qayıtmayacaq, çünki o, yalnız Panamaya məxsusdur".

Adalet.az
xəbər verir ki, bu sözləri Panamanın prezidenti Xose Raul Mulino deyib.

Bundan sonra ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu açıqlamaya istehzalı cavab verib, Panama kanalının fotosunu “Amerika Birləşmiş Ştatları Kanalına xoş gəlmisiniz” başlığı ilə yerləşdirib .
Mulino Trampın bu paylaşımını cavabsız qoymayıb:"1977-ci il Torrixos-Karter sazişləri keçmiş Kanal Zonasının ləğvini, Panama suverenliyinin tanınmasını və kanalın tam olaraq Panamaya verilməsini nəzərdə tuturdu. Mən prezident kimi açıq şəkildə bildirmək istəyirəm ki, Panama kanalının hər kvadratmetri və ona bitişik zona Panamaya aiddir, bu, bizim ölkənin suverenliyi və müstəqilliyi ilə bağlı müzakirələrə yol verilmir”
Kanalın ölkəsinin tarixinin ayrılmaz hissəsi olduğunu vurğulayan Mulino sonda fikrini bu sözlərlə yekunlaşdırıb:"Hər bir panamalı "bunu ürəyində daşıyır."

 Xatırladaq ki, 20-ci əsrin əvvəllərində amerikalılar tərəfindən inşa edilən Panama kanalı 1977-ci ildə ABŞ prezidenti Cimmi Karterlə Panamanın o zamankı faktiki lideri arasında müqavilələrin imzalanmasından sonra neytrallaşdı və buna əsasən Panama bu transokeanik marşruta nəzarəti ələ keçirdi. Kanalın istifadəsi üçün ABŞ üçün icarə haqqı müəyyən edilmişdir. Kanal həm sülh, həm də müharibə şəraitində bütün xalqların gəmilərinin təhlükəsiz və açıq keçidinə zəmanət verir.

 Odur ki, Trampın sonuncu açıqlaması bu mövzunun böyük bir  qalmaqal və gərginlik yaradacağı şübhəsizdir:""Prezident Cimmi Karter prezidentliyi dövründə kanalı axmaqcasına bir dollara verəndə, ona Çin və ya başqası yox, yalnız Panama nəzarət edə bilərdi".


Bundan bir neçə gün əvvəl Tramp daha bir açıqlama yaymışdı.Tramp hesab edir ki, Amerika hakimiyyəti Qrenlandiya üzərində nəzarəti bərqərar etməlidir:“Dünyada milli təhlükəsizlik və azadlıq naminə Birləşmiş Ştatlar hesab edir ki, Qrenlandiyaya sahiblik və nəzarəti əldə etmək mütləq zərurətdir”, o, “Truth Social” səhifəsində yazıb.

P.S. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hələ and içməmiş 2 ölkənin yuxusuna haram qatıb. Panama dövlətinə məxsus Panama kanalını və Qrenlandiyanı mənimsənilməsi planı bəşəriyyətə heç də xeyir gətirən plan olduğunu demək olmaz. Görününr dünyadakı müharibə ocaqlarının sayı okeanın o tayından baxanda çox az görünür.

 Əntiqə Rəşid

phrase_var_article.chosen
10
adalet.az

1phrase_var_article.sources