AZ

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Bank Respublika APFM AWARDS mükafatlarının təqdimat mərasimində “İlin Bankı – 2024” nominasiyasında qalib gəldi.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən 1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimində “İlin Bankı – 2024” nominasiyasında qalib gəldi. Bu nüfuzlu mükafat Bank Respublikanın maliyyə sektorunda göstərdiyi uğurlu fəaliyyətin və müştərilərinə təqdim etdiyi xidmətlərin yüksək qiymətləndirilməsi oldu.

Tədbir maliyyə sahəsində əməkdaşlığı təşviq etməklə yanaşı, sahənin ən yaxşı nümayəndələrini bir araya gətirib. Mərasimdə ölkənin aparıcı maliyyə institutlarının nümayəndələri, dövlət rəsmiləri, biznes ictimaiyyətinin tanınmış simaları, eləcə də maliyyə sahəsinin peşəkarları iştirak ediblər.

 “İlin Bankı – 2024” nominasiyasında Bank Respublika, APFM tədbirlərində fəal iştirakı və APFM üzvlərinin ən çox müraciət etdiyi, yüksək məmnuniyyət qazandığı bank kimi seçilib. Bu mükafat, həmçinin Bank Respublikanın innovativ xidmətləri və müştərilərinə yönəlik fərdi yanaşmasının nəticəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
0
10
banco.az

10Mənbələr